Uşaqlarda bronxit

Uşaqlarda bronxitBronxitin əsas əlamətləri - öskürək və çoxlu miqdarda bəlğəm ifraz olunmasıdır. Öskürək bəlğəmi tənəffüs yollarına itələyərək bronxları ondan təmizləyir.
Bəzən bəlğəm o qədər çox və qatı olur ki, öskürək bronxları ondan təmizləyə bilmir. Bronxitlər üçün hərarətin yüksəlməsi və intoksikasiya kimi əlamətlər xarakterik deyil. Xəstəliyin müalicəsi ilə yalnız həkim məşğul olmalıdır. Qətiyyən özfəaliyyətlə məşğul olmayın! Düzgün aparılmayan müalicə bəzi hallarda hətta xəstəliyin özündən də zərərlidir.
Bronxitlə xəstələnmiş uşağın yataq otağı təmiz yığışdırılmalı və havası tez-tez dəyişdirilməlidir. Ona çoxlu miqdarda ilıq maye vermək lazımdır (bəlğəmin yumşaldılması məqsədilə). Yuxuqabağı uşağın ayaqlarını isti vannaya qoymaq, sinə nahiyəsinə xardal kağızlarının düzülməsi ("qorçiçnik"), kürək (kürəklərarası və kürəkaltı nahiyələrə) və sinə (ürək nahiyəsindən başqa) nahiyələrinə tibbi bankalar qoyulması bronxitin müalicəsinə yaxşı kömək edir. İstənilən qızdırıcı proseduralardan (banka, xardal, vannalar) sonra uşağı mütləq soyuqdan qorumaq lazımdır! Bütün bu proseduraları yuxuqabağı dövrdə etmək məsləhət görülür.
Xalq təbabəti üsulları kimi, öskürək zamanı turp şirəsi və bal qarışdırılmış ilıq süd (yuxuqabağı süd içən uşaq daha rahat yuxuya gedir) içilməsi xeyirli hesab edilir. Ağ turpu xırda hissəciklərə doğrayaraq üzərinə şəkər tozu səpin, 12 saat müddətində otaq temperaturunda saxladıqdan sonra ayrılan şirəni uşağa 1 xörək qaşığı ilə hər 2 saatdan bir içizdirmək lazımdır.
Broxitin səbəblərindən biri də otaq tozu və bitki mənşəli tozlara və s. faktorlara qarşı olan allergiyadır. Belə bronxitlər allergik bronxit adlandırılır. Belə uşaqların müalicəsi LOR (qulaq-burun-boğaz) həkimləri və allerqoloqlar tərəfindən birgə aparılmalıdır.
Bronxiti mütləq mükəmməl şəkildə müalicə etmək lazımdır. Əks halda, bu xəstəlik uşaqlarda tənəffüs orqanlarının ən qorxulu xəstəliyi olan pnevmoniyaya keçə bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1018   Tarix: 11 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diş fırçalamağın düzgün zamanı - Alimlərin tövsiyələri

Səhərlər dişləri yeməkdən əvvəlmi, yoxsa sonra fırçalamaq lazımdır? Alimlər bu sualın cavabını aydınlaşdırıblar. Diş minası, bakteriyalar və düzgün vaxtlama ilə bağlı bilməli olduğunuz əsas məqamlar burada. Gündəlik həyatımızd

.

Alça yedikdən sonra bunu edin

Alça yay mövsümünün ən məşhur meyvələrindən biridir. Mütəxəssislər alça yedikdən sonra nə etməli olduğuna dair məsləhətlər veriblər. xəbər verir ki, mütəxəssislər xüsusilə turş və şəkərli qidalar, qazlı içkilər qəbul etdikdə

.

Sabun, yoxsa duş geli: Dəri və şəxsi gigiyena üçün hansı daha uyğundur?

Şəxsi gigiyena vasitələrinin seçimi zamanı ən çox verilən suallardan biri sabunla duş geli arasında seçimlə bağlıdır. Mütəxəssislər bildirirlər ki, hər iki vasitə dərinin təmizliyi üçün nəzərdə tutulsa da, onların tərkib

.

Uroloq xoşagəlməz sidik qoxusunun səbəblərini izah edib

Pis qoxulu sidik sizin pəhrizinizin nəticəsi ola bilər, lakin bəzi hallarda bu əlamət bir sıra ciddi xəstəlikləri göstərə bilər.  xəbər verir ki, London Bridge Hospitalının məsləhətçisi uroginekoloq Sushma Srikrişna sidiyi

.

Bu dietik maddə kişiləri sonsuzlaşdırır - Araşdırma

Yeni araşdırma süni şirinləşdirici "sucralose"un (tanınmış adıyla Splenda) kişi sonsuzluğuna təsir edə biləcəyini göstərib. xəbər verir ki, bu barədə məlumat ABŞ-də çıxan Environmental Health Perspectives jurnalınd

.

İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müalicəsi çətin olan "jele xərçəngi"nə - Pseudomiksoma Peritoneiyə yoluxub. xarici mətbuata istinadla xəbər verir ki, hər şey 2018-ci ildə bir iş yeməyində

.

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan vurur

Bəzi vitaminlərin həddindən artıq qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Məsələn, orqanizmdə "E" vitamininin artıq olması insult riskini artırır. -ın verdiyi məlumata görə, bu barədə rusiyalı kardiolo

.

Psixiatr stresin gizli əlamətlərini açdı

Stressin gizli əlamətlərini qaçırmaq asan ola bilər, lakin psixi sağlamlığınızı qorumaq üçün onları tanımaq vacibdir. xəbər verir ki, Hyustondakı Baylor Tibb Kollecində icma psixiatriyasının direktoru Asim Şah belə deyir

.

Bu tərəvəzin kişilərə faydası açıqlandı

Pomidor yalnız dadlı tərəvəz olmaqla kifayətlənmir, həm də zəngin qida maddələri ilə doludur. Onun tərkibində fol turşusu, kalium, həmçinin C və K vitaminləri kimi bir sıra vacib vitamin və minerallar mövcuddur. xəbər veri

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim və ayaqqabılar qis geyimləri 2025 geyim necə seçməli qadin psixologiyasi dil haqqında aforizmlər karolın ve gızlı dunya ızle kətə qiz evi ucun 8 mart vətənə aid bayatılar pomidor haqisda
OSZAR »