Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?

Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?Sarımsaqda çoxlu faydalı xüsusiyyətlər var. Bu məhsul bir sıra xəstəliklərə dərmandır. Səbəbi isə tərkibində orqanizmi virusların təsirindən qoruyan faydalı yağların olmasıdır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Yelena Solomatina xəbər verib.
Bununla belə, diyetoloq sarımsağın istehlak normasının hər kəs üçün fərqli olduğunu bildirib.
"Mən gündə bir diş çiy sarımsaq yeməyi tövsiyə edirəm. Amma bəzi insanlar bu məhsuldan tamamilə imtina etməlidirlər. Məsələn, mədə-bağırsaq traktı ilə problemi olanlar. Efir yağları bağırsağın selikli qişasına qıcıqlandırıcı təsir göstərir və kəskinləşməyə səbəb ola bilər", - deyə Solomatina xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, sarımsaq qanı yaxşı durulaşdırır, ona görə də, aterosklerozdan əziyyət çəkən insanlar üçün faydalıdır.
"Lakin əgər insanın qanı durulaşdırmaq deyil, əksinə, onu laxtalandırmaq lazımdırsa, sarımsağı qida rasionundan tamamilə çıxarmaq lazımdır", - deyə diyetoloq dəqiqləşdirib.
O, sarımsaqda "C", "B6", "B1", "B2", "B3", "B5", "B9" kimi vitaminlər, həmçinin kalsium, kalium, fosfor, selen, maqnezium, natrium, sink, dəmir və manqan kimi faydalı mikroelementlər olduğunu vurğulayıb.
"Lakin başa düşmək vacibdir ki, soyuqdəyməni yalnız onunla müalicə etmək olmaz. O, viruslarla mübarizədə düzgün müalicə ilə birlikdə əla köməkçi ola bilər", - deyə Solomatina sözlərini yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 846   Tarix: 02 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI

rək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur. xəbər verir ki, ürəyə zərə

.

Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı

Azərbaycanda da geniş istifadə olunan və reseptsiz satılan ağrıkəsici parasetamolun bəzi partiyaları çirklənmə şübhəsi ilə bazardan geri çağırılır. xəbər evrir ki, bu barədə məlumatı Dərman və Sağlamlıq Məhsullarını Tənzimləm

.

Qaraciyəri təmizləyən 4 qida

Qaraciyər bədənimizin ən vacib təmizləyici orqanıdır və onun sağlamlığı ümumi vəziyyətimizə birbaşa təsir edir. Onu qorumaq və gücləndirmək üçün bəzi qidalar xüsusilə faydalıdır. Elmi araşdırmalara əsasən qaraciyəri dəstəkləyə

.

Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

Yel Universitetinin alimləri müəyyən ediblər ki, spirtli içki istifadəsi qadınların beyin immun sisteminə kişilərə nisbətən daha ağır təsir göstərir. . xəbər verir ki, tədqiqatın nəticələri "Biological Psychiatry"

.

Yaşıl çayı nə vaxt içməliyik? – Sağlamlıq üçün ideal saatlar

Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. Onun tərkibində kalori və şəkər yoxdur, əvəzində isə sağlamlıq üçün vacib olan antioksidantlarla zəngindir. Lakin bu faydalardan tam istifadə etmək üçün yaşı

.

30-40-50 yaşlarında bədəndə nə baş verir? - Gələcək xəstəliklər və qorunma yolları

Yaşın irəliləməsi ilə birlikdə onurğa sağlamlığı da böyük əhəmiyyət kəsb edir. Kalsium və D vitaminindən zəngin qidalanma iri yaşlarda onurğa xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Bəs uşaqlıqdan 30, 40, 50 yaşların

.

Diyetoloq: Tərəziyə hər gün yox, həftədə bir dəfə çıxmaq daha doğrudur

Danimarkanın Orhus Universitetinin diyetoloqu Sandra Vigelene bədən çəkisinin düzgün qiymətləndirilməsi ilə bağlı vacib tövsiyə verib. Onun sözlərinə görə, çəki ölçmək üçün hər gün tərəziyə çıxmaq doğru yanaşma deyil. Əvəzində

.

Bu konfetləri yeməyin - Tərkibində xərçəng yaradan maddə tapıldı

Britaniyada məşhur "Jolly Rancher" konfetləri ilə bağlı təcili geri çağırış elan edilib. xəbər verir ki, buna səbəb tərkibində xərçənglə əlaqələndirilən maddələrin tapılmasıdır. Qida Standartları Agentliyinin (FSA

.

Beynimiz xəyalla reallığı ayırd edə bilmir?

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ-də aparılan yeni bir elmi araşdırma bu mövzuya fərqli yanaşma təqdim edib. xəbər verir ki, alimlər beynimizdəki bəzi hissələrin həm real görüntü zamanı, hə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az toy makiyaji sekilleri maskalar sac duzumleri qış salatları adət ənənələr sinir sistemi mastopatiya haqqinda şəhid dolça englishdilində qulaq baldiza aid uşaq şeirləri
OSZAR »