Aloe haqqında bilmədikləriniz

Aloe haqqında bilmədiklərinizAloe çoxillik bitki olub uzun, daxili şirəli və kənarları tikanlı yarpaqlara malikdir. Bitkinin adı ərəb dilindən götürülüb, tərcümədə yüzillik mənasına gəlir.
Növləri və yayılması
Aloenin 500-dən artıq növü var. Onun növləri əsasən Afrika ölkələrində daha çox yayılıb. Aloe bitkisinə əsasən Ərəbistan yarımadasında, Madaqaskarda və Cənubi Afrika ölkələrində rast gəlinir. Avropa ölkələrinə aloe qədim zamanlarda gətirilmiş və yanlız isti şəraitdə böyüdülmüşdür. Aloe əsasən tropik bölgələrdə yetişir.
Növündən asılı olaraq aloenin yarpaqları fərqli olur. Onu ev şəraitində gün düşən yerdə həftədə az miqdar su ilə 1-2 dəfə sulayaraq böyütmək mümkündür. Aloeni sulayarkən kaktusları sulamaq üçün lazım olan vasitələrdən istifadə eləmək lazımdır. Aloe yarpaqlarını ilin istənilən fəslində toplamaq mümkündür. Amma şirəsini sixmaq üçan 15 sm-dən kiçik yarpağı dərdikdə istənilən qədər şirə əldə etmək olmur. Şirəni 4 saat ərzində istifadə etmək lazım deyil. Bu onun faydalı olmasını azaldır.
Aloenın Tərkibi
Aloe şirəsinin tərkibi E, C, A və B qrup vitaminləri, marqanes, sink, kalum mikroelementləri, polisaxaridlər, kaxetin, fermentlər, aloin, fitonsidlər, orqanik turşularla (L- kumarin, alma, limon və s.), fenolla, çətin tapılan efir yağları ilə zəngindir. Aloe şirəsi bakteriasid, göbələk əleyhinə, iltihab əleyhinə təsirə malikdir. O müxtəlif dəri xəstəliklərinin (eqzema, yara, allergiya səpgiləri, qızartılar, dermatitlər və s.), mədə-bağırsaq yaralarının sağalmasına səbəb olur. Aloe şirəsindən daxili orqanların müalicəsi zamanı da geniş istifadə ediir. Kəsiklər zamanı aloe sürtməklə zəif qanaxmaları saxlamaq mümkündür. Aloe şirəsi dərinin cavanlaşmasına və bərpasına səbəb olur.
Aloenın Xeyri
Müalicə məqsədilə aloenin şirəsindən və təzə dərilmiş yarpaqlardan hazırlanan sıyıqdan istifadə edilir. Aloe şirəsini əldə eləmək üçün isə onun yarpaqlarını ət maşınının xırda gözündən keçirib suyunu sıxmaq lazımdır. Dərilmiş aloe yarpaqlarını tünd rəngli kağıza büküb soyuducuda 14 gün saxlamaq mümkün olur. Aloe şirəsi əsil biostimulyator hesab edilir. Onun şirəsinin cavanlaşdırıcı və regenerasiyaedici təsiri var.
Aloe şirəsindən müalicəvi kremlərin, mazların, losyonların şampunların hazırlanmasında istifadə edilir. Ondan spirtli covhərlər, konsentratlar, kompreslərin hazırlanmasında da istifadə edilir. Aloedən nəinki kosmetologiyada, hətta formakoligiyada təbii dərmanların hazırlanması zamanı da istifadə edilir.
Bronxit, pnevmoniya, qanaxmalar, ağız boşluğu xəstəlikləri, immunitetin aşağı düşdüyü zamanlarda, mədə-bağırsaq xəstəlikləri zamanı, orqanizmin antibiotiklərlə zəhərlənmələrində, dermatitlər və yanıqların müalicəsi zamanı aloe ekstratından geniş istifadə edilir.
Aloedən xalq təbabətinin bir çox sahələrində istifadə olunur.
- İmmunitet aşağı düşdükdə:
Gündə 3 dəfə 1 çay qaşığı yeməkdən yarım saat əvvəl qarışım şəklində qəbul edilir. Qarışıma 300 qram xırda doğranmış qoz, 200 qram bal, 100 qram aloe şirəsi və 3-4 ədəd limonun şirəsi əlavə edilir.
- Boğaz ağrıları və respirator virus xəstəlikləri zamanı
250 qram aloeni ət maşınından keçirib 100 qram şəkər tozu qarışdırdıqdan sonra şüşə qabda, sərin və qaranlıq yerdə 3 gün saxlayıb, daha sonra 250 ml araqla qarışdırılır. Bu qarışımdan xəstəlik zamanı gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl içildikdə xəstəliyin əlamətləri aradan qalxır.
- Dişlər və diş əti xəstəlikləri zamanı
Eyni miqdarda aloe şirəsi və su qarışımı ilə boğazı yaxalamaq diş və diş əti xəstəliklərin əlamətini azaldır.
- Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi zamanı
150 qram xırdalanmış aloe yarpaqlarının üzərinə 100 qram şəkər tozu səpilib 3 gün sərin və qaranlıq yerdə saxlanılır. Sonra buna qırmızı şərab əlavə edilib bir-neçə gün yenidən dincəlməyə qoyulur. Qarışımdan gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edilir.
- Qida sənayesində
Aloe dietik qida maddəsi hesab edilir. Ondan salatlarda, qəlyənaltılarda və müxtəlif içkilərin hazırlanmasında istifadə edilir. Bu bitkini alma, soğan, yerkökü, bal, cigirtkən, kələm, çaytikanı ilə qarışdırıb salat hazırlamaq mümkündür. Bəzən onu limon şirəsi və kefirlə də qarışdırıb yeyənlər olur.
- Kosmetologiyada
Aloedən ən çox üz və başın dərisi üçün maskaların, vanna etmək üçün gellərin, sabunların, şampunların hazırlanmasında istifadə edilir. Aloe şirəsini üzə və boyn nahiyyə sürtüb 20 dəqiqə sonra isti su ilə yuduqda dəri yumşalır, qidalanır. Aloe şirəsi, şaftalı yağı, bir-neçə damcı araq qarışdırılmış məhlulu dəriyə sürtükdə qidalandırıcı təsir göstərir. Aloe şirəsi, süd və nanə covhəri qarışımını isti suya töküb vanna qəbul etdikdə dəri cavanaşır və onun elastikliyi artır. Aloe şirəsindən kimya sənayesində də geniş istifadə edilir. Ondan çoxlu skrabların, losyonların, şampunların, balzamların, gellərin, maskaların hazırlanmasında geniş istifadə olunur.
Aloenın Ziyanı:
Hamiləlik, öd kisəsinin xəstəlikləri, varikoz genəlmələr zamanı aloedən istifadə edərkən həkimlə məsləhətləşmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1068   Tarix: 24 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Sovet dövrünün adamları niyə çox yaşayırlar?

Sağlam həyat tərzi uzunömürlülüyün əsas açarlarından biridir. Sovet dövründə insanların gündəlik həyatında olan bəzi sadə vərdişlər isə sağlamlığı qorumaqda və ömrü uzatmaqda mühüm rol oynayıb. xəbər verir ki, nevroloq Vikto

.

Bir ay hər gün limonlu su içsəniz nə olar?

Son illərdə sağlam həyat trendləri arasında populyarlığını artıran limonlu su sadə, lakin təsirli bir vərdiş olaraq diqqət çəkir.Xüsusilə səhərlər ac qarına istehlak edildikdə, bir ay nizamlı olaraq istehlak edildikdə limonl

.

Duyğusal yükdən necə azad olaq? - Psixoloqdan praktiki məsləhətlər

"Emosional tükənmə klinik psixologiyada və psixiatriyada emosional, eləcə də zehni resursların tədricən tükənməsi kimi qiymətləndirilir". . xəbər verir ki, bu sözləri klinik psixoloq Zəhra Zahidova -a açıqlamasınd

.

Belə yuxular görənlər tez ölür

Yeni elmi araşdırmaya görə tez-tez kabus görən şəxslər daha erkən yaşlanır və 70 yaşına çatmadan ölüm riski üç dəfə artır. xəbər verir ki, Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperial College London"u

.

Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?

Uşaqlar arasında parvovirus yayılıb. xəbər verir ki, valideynlərin sözlərinə görə, virus qızartı və qızdırma ilə müşahidə olunur. İki yaş yarımlıq övladı olan valideyn üç gündür, övladının bu virusa yoluxduğunu söyləyib

.

Qəhvəni bu məhsulla birlikdə için – aclıq yadınızdan çıxacaq

Qəhvə ilə qoz-fındıq yalnız dadlı deyil, həm də faydalı bir birləşmədir. Bu tandem beynin fəaliyyətini dəstəkləyir, stres səviyyəsini azaldır və sizi bütün gün üçün enerji ilə təmin edir. bununla bağlı məlumatları sizə təqdi

.

Yodla zəngin qidalar

Yodla zəngin qidalar qalxanabənzər vəzin normal işləməsi və hormon balansı üçün vacibdir. xəbər verir ki, Yod çatışmazlığı qalxanabənzər vəz problemlərinə, halsızlığa, zehni zəifliyə və digər ciddi pozuntulara səbəb ola bilər

.

Botoksla bağlı sos: İflic əlamətləri ilə xəstəxanalıq oldular

İngiltərədə botoks etdirən azı 14 nəfər danışıq çətinliyi, udqunma problemi və görmə pozuntuları kimi ciddi nevroloji əlamətlərlə xəstəxanaya yerləşdirilib. . xəbər verir ki, mütəxəssislər bu halların ölümcül nəticələrə səbə

.

Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi (TİTCK) bitki çaylarında təhlükəli maddələrin aşkarlanması fonunda bəzi məhsulların lisenziyalaşdırılması və yalnız apteklərdə satılmas

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az adlarin menasi hamilelikde qidalanma toy makiyajlari qızartma dişlər karikatura qadın xəstəlikləri kondom cekc pornuxa aybawi qadin saglamlig yumurta
OSZAR »