Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim məsləhəti

Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim məsləhətiBirinci mərtəbələrdə yaşayan insanlar daha çox ağciyər xəstəlikləri və immunitetin zəifləməsi, yuxarı mərtəbələrdə yaşayanlar isə baş ağrıları, qan təzyiqi və ürək ritminin pozulması halları ilə rastlaşır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim terapevt Şirin Orayeva hündürmərtəbəli binalarda yaşamaqla bağlı risklərdən danışarkən deyib.
Mütəxəssisin sözlərinə görə, birinci və ikinci mərtəbələrdə yaşamağın təhlükəsi zirzəmiyə yaxınlığıdır, burada göbələk və kif olur. Yolların yaxınlığında avtomobil qazlarının yığılması, həmçinin isti havalarda asfaltdan çıxan toz və buxarlar da zərərlidir.
Yeddinci mərtəbədən yuxarı mərtəbələrə gəlincə, burada sənaye müəssisələrinin tüstüsü və elektromaqnit şüalanması sakinlər üçün təhlükə yaradır.
"25-ci mərtəbə və ondan yuxarı ekstremal hündürlükdə olan mərtəbələrdə yaşamaq yüksək vibrasiya səviyyəsi, atmosfer təzyiqinin dəyişkənliyi və liftin sürətli hərəkəti zamanı yaranan yüklənmələr səbəbindən təhlükəlidir", -Orayeva bildirib.
Həkim qeyd edib ki, tibbi baxımdan birinci və yeddinci mərtəbələr arasında olan aralıq optimal hesab olunur. Bu mərtəbələrdə lift xarab olsa belə, yüksək mərtəbəyə qalxmaq lazım deyil, həyətdə oynayan uşağa nəzarət etmək rahatdır, həmçinin səs-küy, rütubət və çirklənmə daha azdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1042   Tarix: 30 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

İsti havalarda bəzi qidalar istilik vurması riskini artırır – diyetoloqdan xəbərdarlıq

Yay aylarında bəzi qida məhsullarının orqanizmə mənfi təsiri arta bilər və istilik vurması riskini yüksəldə bilər. xəbər verir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi və Rosbiotex Universitetinin Dietologiy

.

Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir

Uşaqlarda və böyüklərdə tez-tez rast gəlinən ortopedik problemlərdən biri yastı pəncəlik (yastıdabanlıq), digəri isə halluks valgus - yəni ayaq baş barmağının xaricə doğru əyilərək sümük çıxıntısı şəklində görünməsidir. Bə

.

Limonu belə saxlamayın – Sümüklərinizi əridə bilər

Limonu düzgün şəraitdə saxlamamaq, sağlamlığınıza, xüsusilə də sümüklərinizə ciddi zərər verə bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, limonun uzun müddət nəmli və havasız mühitdə saxlanması nəticəsində onun tərkibindək

.

Ətlə bu 3 məhsulu yeməyin

Ağır yemək hissini yüngülləşdirmək və bağırsaq funksiyasını yaxşılaşdırmaq üçün tərəvəzləri, probiyotikləri və bir sıra digər məhsulları ətlə birləşdirmək daha yaxşıdır. xəbər verir ki, qastroenteroloq və hepatoloq Serge

.

Sümüyü zəiflədir, dişləri çürüdür - Siqaret çəkməyə bərabər olan İÇKİ

Soda dadsız və rəngsiz qazlı içki kimi tanınsa da, gündəlik istifadəsi sağlamlığa ciddi zərər verə bilər. xəbər verir ki, bir çox insan soda içkisini mədə narahatlığını azaltmaq üçün istehlak etsə də, araşdırmalar göstəri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Gecələr tez-tez tərləyənlər diqqət - Xərçəngin gizli əlaməti ola bilər

Gecə vaxtı yaşadığınız bəzi sadə görünən hallar əslində ciddi xəstəliklərin xəbərçisi ola bilər. Britaniyada aparılan son araşdırmalar gecə tərləməsi və yuxusuzluq kimi simptomların, xüsusilə də lenfoma (qan xərçəngi növlərində

.

Psixiatr stresin gizli əlamətlərini açdı

Stressin gizli əlamətlərini qaçırmaq asan ola bilər, lakin psixi sağlamlığınızı qorumaq üçün onları tanımaq vacibdir. xəbər verir ki, Hyustondakı Baylor Tibb Kollecində icma psixiatriyasının direktoru Asim Şah belə deyir

.

İnsult riskini artıran QİDALAR

Amerika Birləşmiş Ştatlarından olan elm adamları, ultra emal olunmuş qidaların istehlakının insult və koqnitiv pozğunluq riskinin artması ilə əlaqəli olduğunu bildiriblər. .  xəbər verir ki,  araşdırma "Neurology"

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yemek reseptleri reseptler kosmetika mehsullari qozlu toyuq salati aciq zedelenmeler yaralar hakişta toy ideyalari xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır meseller novruz hakıştası xanim az hekaye janri
OSZAR »